“Real"ın qapıçısı Tibo Kurtua klubla olan müqaviləsini uzatmağı planlaşdırmır.Sport1.az xəbər verir ki, 33 yaşlı oyunçunun sözləşməsi 2027-ci ilə qədər qüvvədədir. Müddət başa çatdıqdan sonra belçikalı ya karyerasını bitirəcək, ya da Səudiyyə Ərəbistanında çıxış edəcək. Kurtuanın futbolçu kimi parladığı “Genk”ə qayıtmaq variantı da gündəmdədir.
“Real”ın prezidenti Florentino Peres onun yerinə ukraynalı Andriy Lunini əsas namizəd kimi görür. Ukraynalı belçikalının müqaviləsi bitənədək ehtiyatda qalmalı olacaq. Klub eyni zamanda “Brayton”un qapıçısı Bart Verbrüggeni də izləyir.