son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

Bu klub AFFA-nı beynəlxalq quruma şikayət edəcək - ÖZƏL

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 5-03-2025, 20:43

Yanvarın 17-də AFFA-nın rəsmi saytında Apellyasiya Arbitraj Tribunalının məlumatı dərc edilmişdi.

Sport1.az xəbər verir ki, informasiyada deyilirdi:

"AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin (OSTK) 18 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh “Difai” Futbol Klubu MMC tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib. OSTK-nın 18 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı Aleksandr Prikrostov tərəfindən verilən apellyasiya şikayəti qismən təmin olunub. OSTK-nın 18 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilib. Tribunal tərəfindən yeni qərar qəbul ediləcək".

İddiaçı tərəfindən çəkilmiş xərclərin ödənilməsinə dair iş üzrə futbolçu tərəfindən verilmiş iddia ərizəsi qismən təmin olunub. Onun sağlamlığının bərpa edilməsi məqsədilə çəkilən xərclərin əvəzi olaraq müəyyən edilmiş 7256,13 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qərara alınıb.

Aleksandr Prikrostovun apellyasiya şikayəti qalan hissədə təmin edilməyib".

Redaksiyamıza məsələ ilə bağlı yeni məlumat daxil olub. "Difai" Apellyasiya Arbitraj Tribunalının qərarından narazıdır. Bu səbəbdən də Ağsu təmsilçisi İdman Arbitraj Məhkəməsinə müraciət etmək istəyir. Klub artıq məsələ ilə bağlı ilkin proseslərə başlayıb.

Məsələ ilə bağlı hər iki tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Müəllif: Sport1.az