
“Qarabağ”ın qış hazırlıq planı bəlli olub.
Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi 2025/26 mövsümünün ikinci hissəsinə hazırlığı iki mərhələdə həyata keçirəcək. Misli Premyer Liqasının XVI turunda dekabrın 21-də “Qəbələ” ilə keçiriləcək oyundan sonra futbolçular istirahətə buraxılacaq və komanda 2026-cı il yanvarın 3-də yenidən bir araya gələcək. Bakıda baş tutacaq hazırlıq prosesi yanvarın 10-dək davam edəcək.
Yanvarın 10-dan 17-dək isə “Qarabağ” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da təlim-məşq toplanışını davam etdirəcək. Komanda toplanış çərçivəsində yanvarın 12-də və 16-da iki yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin adları dəqiqləşdikdən sonra əlavə məlumat veriləcək.
Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayntraxt”a qarşı keçirəcək.