
“Sport1 TV”də yayımlanan “Ötürmə” verilişində “Qarabağ”ın futbolçusu Pedro Bikalyonun mümkün transferi müzakirə olunub.
Proqramın aparıcısı İlkin Sultanlı Braziliya klubu “Botafoqo”nun yarımmüdafiəçi ilə ciddi maraqlandığını, lakin “köhlən atlar” rəhbərliyinin icarə variantını qəbul etmədiyini bildirib. O, Ağdam təmsilçisinin yalnız yüksək məbləğ qarşılığında birbaşa satışa razı ola biləcəyini vurğulayıb.
Aparıcı bu transferin baş tutacağı halda Azərbaycan futbolu üçün tarixi və prestijli hadisə olacağını qeyd edib.
Həmin görüntüləri təqdim edirik: