son dəqiqə SON DƏQİQƏ
İtaliya səfərdə Türkiyəyə qarşı, Fransa Belçika ilə üz-üzə gəlir ● Elizaveta Linnikova MAA-da ● “Şəmkir” - “Şirvan” matçında 5 qol ● “Zəngəzur”dan darmadağın ● “Mingəçevir Reqatası-2026” öncəsi hakimlərin iclası keçirilib ● “Mingəçevir Reqatası-2026”nın püşkatması keçirilib ● Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüşüb ● Amerikalı basketbolçu “Sumqayıt”da ● II Liqada 5-ci tur: "Zəngəzur" və "Hypers"dən böyükhesablı qələbə ● "Murov Az Terminal"dan libero transferi ● "Qarabağ" yenidən "EA Sports"da ● Boksçularımız Çində baş tutan beynəlxalq turnirdə iştirak ediblər ● "Turan Tovuz" - "Fənərbağça" matçı ilə bağlı qərar: ● Azərbaycan kikboksçuları İtaliyada 16 medal qazandılar ● NÖVBƏTİ FACİƏVİ NƏTİCƏ: ● "Sumqayıt"dan növbəti transfer ● Azərbaycan cüdoçuları Sarayevoda 5 medal qazandılar ● "Murov Az Terminal" daha bir voleybolçu transfer etdi ● "Gəncə"nin məşqçiləri və basketbolçuları ilə görüş keçirilib ● Gimnastlarımız 7 medal qazandılar ● Çempionlar Liqası oyunun biletləri azarkeşlər üçün pulsuz paylanacaq ● Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı ● Təmsilçimiz Fransada 3-cü oldu ● "Qəbələ"nin məşqçilər korpusunda iki yeni təyinat baş tutdu ● SOCAR bu ölkənin yığmalarının Baş Qlobal Enerji Sponsoru oldu ● Vahab Fətullayevdən bürünc medal ● ABŞ-dən olan oyunçu yenidən Azərbaycan klubu ilə anlaşdı ● Günün oyunları: ●

“Qarabağ” hücumçusuz oynasın - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 12-08-2025, 12:36

“Qarabağ”ın Çempionlar Liqası macərası davam edir.

Ağdam təmsilçisi bu gün Avropanın əsas turnirində növbəti matçına çıxacaq. “Köhlən atlar” ÇL-in III təsnifat mərhələsinin cavab oyununda “Şkendiya”nı qəbul edəcək. Skopyedəki ilk qarşılaşma təmsilçimizin xeyrinə başa çatmışdı – 1:0. Həmin görüşdə komanda yaxşı performans göstərsə də, qol vurmaqda çətinlik çəkirdi. Hücumlar qurulur, rəqib qapısına təzyiq edilir, amma top qapıdan keçmirdi. Səbəb isə Ağdam təmsilçisinin vuran ayağının olmamasıdır. Hücumçu kimi çıxış edən Nəriman Axundzadə əldə etdiyi şansları boşa verir.

Qurban Qurbanovun yerli futbolçuya şans verməsi, milli ruhu önə çıxarması təqdirəlayiqdir. Lakin futbol artıq başqa mərhələdədir – indi nəticə dövrüdür. Nəriman Axundzadə ilə nəticə qazanmaq mümkün olmur. Klub rəhbərliyi də hücumçu transfer etmir. Onların dediyinə görə, axtarışlar nəticəsiz qalır. Sanki bu, mənim günahımdır. Milyonlarla oyunçunun satışa çıxarıldığı transfer bazarında “Qarabağ”ın bəyəndiyi, şərtlərinə uyğun hücumçu tapılmır – a kişi!

Nə isə, mövzudan uzaqlaşmayaq. Hücumçu tapılmırsa, alternativ variantlar düşünməliyik. Qurban Qurbanov nə edə bilər? Musa Qurbanlını oynatsın? O da hələ hazır deyil, İsveçdəki ağır günlərin psixoloji təsirindən tam çıxmayıb. Orada çox əziyyət çəkdi. Bəs, Qurban müəllim hücumda kimi oynatsın?

Məncə, “Qarabağ” oyunlara hücumçusuz çıxa bilər. Addai nominal forvard kimi oynasın. Yankoviç də sağalıb. Müdafiə xətti olduğu kimi qalsın. Yarımmüdafiədə Pedro dayaq, Marko isə “8 nömrə” rolunda çıxış etsin. Zubir sol, Leandro sağ vinger, Kadi isə pleymeyster olsun. Addai isə hücumçu funksiyasını yerinə yetirsin. Tək problem – qanalı futbolçunun boyunun nisbətən balaca olmasıdır. Onsuz da 185 sm-lik Nəriman ayaqla normal oynamır, heç olmasa Addai burada nəsə edə bilər. Axı Karlos Tevezin də boyu balaca idi, amma əsl hücumçu idi.

“Şelburn” və “Şkendiya” səviyyəsindəki komandaları Nərimanla keçmək olar. Amma “Ludoqorets” və “Ferentsvaroş” kimi rəqiblər qaçırılan şansları bağışlamaz. Klub rəhbərliyi də bunu bilir, amma hücumçu almır – ya da ala bilmir. Əgər Nəriman azarkeşlərin əsəbləri ilə oynamağa davam edəcəksə, o zaman onun yerinə Addai oynasın!

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR