08:47 30.07.2025 1 060

AFFA-nın güzəşt yalanı - ARAŞDIRMA

Xatırlayırsınızsa, 14 mart 2025-ci il tarixində SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi.

Həmin gün ölkə futbolu ilə bağlı mühüm qərarlar verilmişdi. Bizim üçün vacib və yazının əmələ gəlməsinə səbəb olan məsələni diqqətinizə çatdırırıq:

"AFFA İcraiyyə Komitəsi tərəfindən 2025/26-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar çempionata yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib. Bu xüsusi qayda yalnız bu il Premyer Liqaya yüksələcək komandalara şamil ediləcək".

2024/25 mövsümünün sonunda "Qəbələ" çempion oldu, "İmişli" gümüş, "Karvan" bürünc medallara sahib çıxdı. Bunun sayəsində adı çəkilən komandalar Premyer Liqaya yüksəldi. Demək ki, bu klublara yuxarıda qeyd olunan bəndlər üzrə güzəştlər edilməlidir. Gəlin, görək kollektivlərin hansı problemləri var?

"Qəbələ"nin stadionu, bazası var. Amma maliyyə çatışmazlığından əziyyət çəkir. Bu səbəbdən də Əvəzedicilər Liqasında iştirak etmək istəmir.

Keçək "İmişli"yə! Stadionu, bazası yoxdur. Əslində var, amma standartlara uyğun deyil. Aran təmsilçisindən nə tələb olunur? Stadionu, bazanı düzəlt, əvəzedici komanda saxla, Premyer Liqada iştirak et, ev oyunlarını keçirmək üçün özünə məkan tap. Təbii ki, bunların hamısı 2,5 milyona və sponsorun ayırdığı pul hesabına edilməlidir.

Gəldik "Karvan"a! Yevlax təmsilçisi ötən mövsüm öz hesabına bazasına əl gəzdirdi. İndi də stadionunu təmir edir, ot örtüyünü dəyişir. "Ağ-qaralar" bir müddət ev oyunlarını Şamaxı şəhər stadionunda oynayacaq.

Yuxarıda sadaladığımız işlərin görülməsi üçün AFFA klublara hansısa dəstək olub? Xeyr!

Qayıdaq əsas məsələyə! AFFA Premyer Liqaya gələn klublara hansı güzəşti edir? "Qəbələ"nin pulu yoxdur. Dirəşir ki, əvəzedici komanda saxla. "İmişli"nin stadionu yoxdur. Dirəşir ki, yeni arena tik, baza qur, oynamağa məkan tap, əvəzedici komanda saxla! "Karvan" stadionunu düzəldir. Ona dirəşir ki, ot örtüyünü təbii et, Şamaxıdakı arenanın icarə haqqını ödə. Yaxşı, bunların hamısını klublar edəcəksə, AFFA-nın güzəşti nə mənə şeydir?

Yəni, sizə 1 il vaxt veririk ki, bu problemləri həll edin? Bacararsanız, çempionatda qalarsınız. Bacarmasanız, I Liqaya xoş getdin? Belə güzəşt olar?

İndi kimsə deyə bilər ki, əsas güzəşt "İmişli" və "Karvan"a edilib. Çünki onların stadionları yoxdur. Sizə Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 35-ci maddəsinin 3 bəndini təqdim edirəm:

1. Lisenziya iddiaçısı əsas komanda və Maddə 20-ə əsasən yarışlarda iştirakı tələb olunan bütün komandaların müvafiq yarışların keçirilməsi üçün Azərbaycan
Respublikasının ərazisində yerləşən stadion(lar)a malik olmalıdır.


2. Əgər lisenziya iddiaçısı stadionun sahibi deyilsə, o zaman o, istifadə edəcəyi
stadionun mülkiyyətçisi ilə yazılı müqaviləni təqdim etməlidir.


3. Lisenziya iddiaçısı zəmanət verməlidir ki, o, ərizədə qeyd olunan lisenziyalaşdırma mövsümü ərzində göstərilən stadion(lar)dan müvafiq yarışlar
çərçivəsində ev oyunlarının keçirilməsi üçün istifadə edə bilər.


"Qəbələ"nin öz stadionu var? Bəli! "İmişli" və "Karvan" Azərbaycan Respublikasının ərazisində yerləşən stadionda çıxış edəcək? Bəli! "Araz-Naxçıvan" eyni qaydadan istifadə edərək Bakıda ev oyunlarını keçirir? Bəli! Bəs, AFFA I Liqadan Premyer Liqaya yüksələn klublara nə güzəştlər edib? Heç nə!

Tutaq ki, "İmişli" və "Karvan"a belə güzəşt edilir. Bəs, "Qəbələ"? Onun stadionu, bazası var deyə qapazaltı olmalıdır?

Başqa sözə ehtiyac yoxdur. AFFA Premyer Liqaya gələn klublara güzəşt filan etmir. Bunların hamısı gözdən pərdə asmaqdan başqa bir şey deyil. Legioner limitini ləğv edərək yerli futbolçulara ödəniləcək bonuslar üçün sistem tərtib edə bilməyən Cahangir Fərəcullayevlə Sərxan Hacıyev "Qəbələ", "İmişli", "Karvan"a güzəşt edəcək? Çox gözləyərsiniz...

İLKİN SULTANLI
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib

21:21

“Yunayted”də kütləvi ayrılıq - RƏSMİ

20:58

“Tottenhem”dən yeni transfer

20:36

Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək

20:20

Karateçilərimizdən Avropa çempionatında 8 medal

19:53

8 şahmatçımız Dünya Kubokunda çıxış edəcək

19:22

“Turan Tovuz”da ayrılıq - RƏSMİ

18:57

“Benfika”nın yeni baş məşqçisi açıqlanıb

18:25

DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimi bəlli oldu

18:00

Məşhur qapıçı ilə yeni müqavilə

17:30

London klubunda ayrılıq

17:09

"Şəfa"da daha üç futbolçu ilə vidalaşdı

17:07

Şahmatçılarımız Dünya Kubokunda

16:49

Baş məşqçi postuna yeni namizəd

16:20

Bölgə klubu daha bir legioneri göndərdi

16:06

Kapitan növbəti oyunlar üçün söz verdi

15:47

Türkiyə millisində zədəli futbolçuların durumu

15:28

Federasiyadan yeni layihə

15:05

200 milyonluq təkliflər nəzərdən keçiriləcək

14:44

Mundialla bağlı 117 min nəfər təlimə cəlb olundu

14:23

Millimiz hansı səbətdə yer alacaq?