14:34 8.12.2025 207

İnkişaf Strategiyasının yeni məsul şəxsi kimdir? - Şirkət sahibi, Polad Həşimovun əsgəri, yoxsa kabel oğrusu?

AFFA dünən futbol ictimaiyyətini həyacanlandırdı.

Federasiya rəsmiləri - baş katib Cahangir Fərəcullayev, onun müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədov cənub bölgəsinə səfəri çərçivəsində futbol infrastrukturunun vəziyyəti ilə yerində tanış olublar.

Yuxarıda qeyd olunanlardan ilk üçünü tanıyırıq. Bəs Ramazan Səmədov kimdir? Nə zaman İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs vəzifəsinə təyin olundu? 

Görünür ki, axtardığımız şəxs olduqca vacib işi icra edir. Amma AFFA-nın rəsmi saytında nə onun təyinatı, nə də özü haqda məlumat var. 

İşimiz araşdırmaq, öyrənmək və ictimaiyyəti məlumatlandırmaqdır. Bu səbəbdən də internetdə Ramazan Səmədov haqda nəsə axtarmağa çalışdıq.

AFFA-nın məsul şəxsinin "Linkedin" səhifəsini tapdıq. R.Səmədovun özü haqda yazdıqlarını diqqətinizə çatdırırıq:

"Layihələr hazırlamaq və müxtəlif qurumlarla işləmək sahəsində 10 ildən çox təcrübəsi olan bir mütəxəssisdir. Brüssel və Rotterdam da daxil olmaqla Avropada 10 il işləyib. Dünyadakı bilik və təcrübəni yerli ehtiyaclarla uyğunlaşdırmağa çalışır. İnfrastruktur, su, səhiyyə, təhsil və gənclərlə bağlı layihələrdə yaxından iştirak edib.

Niderlandda fəaliyyət göstərən "Belcapo BV" adlı qida texnologiyaları şirkətinin ortaq sahibidir.

Rotterdam Menecment Məktəbində MBA təhsili alıb".

Gördüyünüz kimi, Ramazanov əla CV-yə malikdir. Amma onun futbolla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. 

Axtarışımızı davam etdiririk. 2020-ci ildə "Bizimyol.info" saytında Rotterdamda yaşayan Razaman Səmədovun şəhid olmuş general-mayor Polad Həşimov haqda paylaşımı dərc olunub. 

Bu məqam məni sevindirdi. Düşünürəm ki, Polad Həşimovla görüşmüş, onunla bağlı xatirəsi olan şəxs mütləq ki, vətənpərvərdir.

Axtarışa davam edirik. 2018-ci ildə "BBC"nin Azərbaycan bölməsində Ramazan Səmədovla bağlı yazı dərc olunub:

"Ramazan Səmədov bir neçə ildir Niderlandda yaşayır. O, əvvəlcə orada təhsil aldıqdan sonra hazırda Avropa İttifaqı institutları ilə bağlı konsultantlıq edir.

Ramazan Azərbaycan üçün darıxdığını, lakin Niderlanddakı işini də sevdiyini bildirir. O, gələcəkdə maraqlı iş təklifləri olarsa Azərbaycana qayıda biləcəyini deyir".

Hə, ölkəsi üçün darıxan biri mütləq vətəninə, millətinə bağlıdır. Görəsən, AFFA-dan iş təklifini Niderlandda qayıtdıqdan sonra alıb, yoxsa federasiya onu ölkəyə qayıtmağa razı salıb? Bu, başqa mövzudur...

Bura kiçi hər şey qaydasındadır. Ramazan bəylə bağlı məlumatlar müsbətdir. Amma 2011-ci ildə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu informasiyanı ictimaiyyətlə bölüşüb:

"Kabel oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini Ramazan Səmədov tutulmuşdur".

Ümid edirik ki, bu informasiyadakı şəxs başqasıdır. AFFA-nım məsul şəxsinin hansısa cinayət işi ilə əlaqəsi olmayıb. Arzulayaq ki, Ramazan Səmədov İnkişaf Strategiyasına ayrılan milyonları oğurlamayacaq.

AFFA isə diqqətli olmalıdır. İnformasiya çirkliliyinin yaşandığı bu dövrdə məsul şəxslər haqda dolğun, dəqiq məlumat paylaşmalıdır. Yəni, bilməliyik ki, İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs vəzifəsini icra edən Ramazan Səmədov kabel oğrusu deyil, savadlı vətəndaş, şirkət sahibi, Polad Həşimovun əsgəri olan biridir...

İLKİN SULTANLI

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

23:54

Rəşad Sadıqov: “7-8 transfer olacaq”

23:18

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu - FOTOLAR

22:58

DÇ-2026: Niderlanddan darmadağın

22:26

Qurban Qurbanov: “Hər mövqe üçün futbolçularla danışıqlar gedir”

21:58

“İmişli”də yeni təyinat - RƏSMİ

21:36

“Turan Tovuz” iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

20:57

“Qarabağ” “Zirə”ni məğlub etdi

20:33

Kazemironun yeni klubu bəlli oldu

20:18

DÇ-2026: Niderland - İsveç: HEYƏTLƏR

19:57

“Neftçi”də yeni müqavilə - RƏSMİ

19:27

I Liqaya yüksəldi - MƏŞQÇİSİ İLƏ YOLLARINI AYIRDI

18:53

“Zirə”dən yeni transfer - RƏSMİ

18:39

Boksçumuz Dünya Kubokunun finalında

18:00

45 milyonluq təklif

17:28

Dünya rekordu yeniləndi

17:20

"Zirə"də ayrılıq

17:07

Vinisius Ronaldinyonu qabaqladı

16:50

"Yuventus"dan transfer

16:36

“Real”ın Olise planı

16:33

“Neftçi” yeni transferini açıqladı

16:06

Türkiyə ilə oyunda rekorda imza atdı

15:50

“Qarabağ” üçün yeni rəqib

15:19

"Barselona" milli üzvünü istəyir

15:00

Avropa çempionatında bürünc medal

14:35

London klubu yarımmüdafiəçi üçün hərəkətə keçdi

14:14

Məşhur futbolçu idman direktoru təyin olundu

13:55

Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib

13:52

"Trabzonspor" İngiltərə klubuna "yox" dedi

13:32

Braziliya millisi yenidən zirvədə

13:13

DÇ-2026: Günün oyunları

12:49

"Sportinq"in yetirməsi "Sabah"da - RƏSMİ

12:29

Türkiyə millisindən antirekord

12:02

“Karyeramın ən yaxşı günlərindən birini yaşadım”

11:50

“Cəsarətli və əzmkar olmaq lazımdır“

11:30

96 ildə ən yaxşı nəticə

11:11

Çalhanoğlu üzr istədi

10:45

Montella: “35 illik futbol karyeramda buna çox nadir rast gəlmişəm”

10:30

Ronaldonun bacısından tənqid

10:08

Seneqal millisində böhran

09:53

Türkiyəyə qol vurdu, ən yaxşı seçildi

09:28

Türkiyə millisi növbəti mərhələ şansını itirdi

09:15

DÇ-2026: Braziliyadan üç cavabsız qol

09:00

DÇ-2026: Mərakeşdən qələbə

00:46

Millimiz İsrailə qalib gəlib

23:32

Fransa klubunda yeni təyinat

22:58

DÇ-2026: ABŞ 1/16 finalda

22:22

Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək

21:56

“Real”ın futbolçusu La Liqada klubunu dəyişə bilər

21:23

“Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

20:57

“Neftçi” futbolçusu ilə bağlı qərarını verdi - RƏSMİ

20:23

“İmişli”də 5 ayrılıq - RƏSMİ

19:56

“Göygöl”ün futbolçusu mükafatlandırılıb

19:27

Yunanıstan klubu baş məşqçisi ilə bağlı qərarını verdi - RƏSMİ

18:50

Elmin Bayramov mükafatlandırılıb

18:37

3 boksçumuz Dünya kubokunun yarımfinalında

18:00

Türkiyə millisinin sabiq futbolçusu karyerasını bitirdi

17:33

İki oyuna 200 min avro

17:17

24 illik rekordu yenilədi

17:07

"Şəfa"da yeni müqavilə - RƏSMİ

16:50

"Barselona" ispan futbolçu üçün hərəkətə keçdi

16:28

Şahmatçımız Karlseni məğlub etdi

16:06

İrandan FİFA-ya şikayət

16:06

Xorvatiyalı futbolçu Azərbaycan klubunda

15:49

PSJ-nin futbolçusu "Asenal"ın hədəfində

15:30

Paytaxt klubu 40 milyonluq transferə hazırlıq

15:05

220 milyon avroluq təklif

15:00

Millimiz Latviya və Çexiya ilə eyni qrupda

14:54

Bölgə klubu anqolalı futbolçu ilə müqavilə imzaladı

14:39

Cüdoçularımızdan qızıl və bürünc medal

14:29

Əşrəf Haimi məhkəmə qarşısına çıxacaq