“Qarabağ”dan qış planı: Yalnız bir şərtlə ayrılıq mümkündür

Bölmə adı Premyer Liqa
Yayımlandı 12-12-2025, 15:17

“Botafoqo”nun Pedro Bikalyo ilə maraqlandığını diqqətinizə çatdırmışdıq. Braziliya təmsilçisi “köhlən atlar”a futbolçu ilə bağlı rəsmi müraciət ünvanlayıb.

Lakin Sport1.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu bu variantı qəbul etməyib.

Bildirilir ki, “Qarabağ” yarımmüdafiəçini mövsümün gedişində icarəyə buraxmaq fikrində deyil. Klub yalnız qış “transfer pəncərəsi” dövründə Pedro Bikalyonun birbaşa satışı ilə bağlı danışıqlara açıq olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

ZƏFƏR HACILI

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR