son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Azərbaycan kanalı Ertem Şenerlə bağlı bəyanat yaydı

Bölmə adı Futbol
Yayımlandı 1-12-2025, 13:27

“Türkiyənin məşhur idman şərhçisi Ertem Şenerin “Qarabağ”ın oyununu şərh etməsi ilə bağlı İctimai Televiziyaya (İTV) hər hansı müraciət olunması barədə məlumatlar həqiqəti əks etdirmir”.

Sport1.az xəbər verir ki, bu sözlər SPORT TV kanalının tanınmış şərhçinin Azərbaycana səfəri ilə bağlı açıqlamasında yer alıb.

Kanalın açıqlamasında bildirilib ki, son günlər Türkiyənin məşhur idman şərhçisi Ertem Şenerin Azərbaycana səfəri ilə bağlı mətbuatda əsassız məlumatlar yayılıb.

“Qardaş ölkədə böyük nüfuza malik olan Ertem Şener bizim futbol azarkeşləri tərəfindən də xüsusi rəğbətlə qarşılanır. Onun həm şərhləri, həm də son dövrlərdə “Qarabağ” və Azərbaycanla bağlı müzakirələrdə göstərdiyi səmimi yanaşma və duyğusallıq azarkeşlərimizin diqqətini cəlb edir.

Ertem Şenerin Azərbaycanda geniş izləyici kütləsinə malik olması nəzərə alınaraq, SPORT TV kanalı “Qarabağ” – “Çelsi” oyunu ərəfəsində onu Bakıya dəvət edib. Səfər çərçivəsində o, CBC Sport-un təşəbbüsü ilə “Qarabağ”ın oyununda şərhçi kimi də çıxış edib.

Ertem Şenerə olan böyük maraq və səfərlə bağlı müsbət reaksiyalar fonunda SPORT TV onunla razılıq əldə edərək Avrokubok oyunlarını mövsümün sonuna qədər mütəmadi olaraq onun şərhi ilə təqdim etməyi planlaşdırır. Yəni, bu, tamamilə SPORT TV-nin biznes və yaradıcı layihəsidir.

Gələk Ertem Şenerin İTV-yə müraciət məsələsinə. Belə bir müraciət olmadığı üçün İTV tərəfindən guya mənfi cavab verilməsi ilə bağlı yayılan xəbərlər də tamamilə yanlışdır. Bu mövzuda nə SPORT TV, nə də Ertem Şener tərəfindən İTV-yə müraciət olunmayıb. Bir müddət əvvəldən şərhçinin məhz hansı oyunları televiziyamızda şərh edəcəyi ilə bağlı məlumatlar paylaşılırdı.

Bəzi sosial şəbəkə səhifələrinin heç bir lüzum olmadığı halda belə bir ajiotaj yaratamağa cəhd etməsi və İTV-nin adını hallanması təəssüf doğrurur.

Bir daha bildiririk ki, Ertem Şener mövsümün sonunadək Avrokubok qarşılaşmalarını TVNET platformasına aid olan SPORT TV kanalında şərh edəcək”, - deyə açıqlamada qeyd edilib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR