SON DƏQİQƏ
Azərbaycan Basketbol Liqasında I turun daha bir oyunu keçirilib.
Sport1.az xəbər verir ki, Bakı İdman Sarayında NTD ilə qarşılaşan “Sumqayıt” 111:94 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, mövsümün ilk oyununda “Sabah” “LANDAU Lions”u 84:74 hesabı ilə məğlub edib.
I turun digər qarşılaşmaları oktyabrın 3 və 4-də keçiriləcək. “Naxçıvan” – “Neftçi” görüşü isə Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakı ilə əlaqədar təxirə salınıb.