son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

“Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq”

Bölmə adı Basketbol
Yayımlandı 2-10-2026, 23:37

"Sumqayıt" Azərbaycan Basketbol Liqasının I turunda, NTD ilə matçda gənc kollektivə qarşı mübarizə aparıb.

Sport1.az xəbər verir ki, bunu "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Uğur Özdemir sözügedən oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:

"Gənc komandaya qarşı mübarizə apardıq. Bəzən oyundan qopsaq da, bu matç bizim üçün bir növ hazırlıq məqsədi daşıyırdı. Hücumda yaxşı çıxış etsək də, müdafiədə müəyyən problemlər yaşadıq. Çalışmaq üçün hələ çox vaxtımız olacaq. Komandamız tam heyətlə cəmi 5 gündür ki, məşq edir. Bu, meydanda da hiss olundu. Məqsədimiz basketbolçularımızın fərdi yox, kollektiv oyununu inkişaf etdirməkdir. İstənilən halda, gözəl çıxışla yadda qaldığımızı düşünürəm".

Qeyd edək ki, NTD - "Sumqayıt" oyunu qonaqların 111:94 hesablı qələbəsi ilə bitib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR