Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illiyi münasibətilə yoldaşlıq görüşü keçiriləcək.
Sport1.az xəbər verir ki, matç "Neftçi" (Azərbaycan) ilə "Spartak" (Vilnüs, Litva) veteranları arasında baş tutacaq.
Oktyabrın 4-də reallaşacaq qarşılaşma saat 12:00-da başlanacaq.
1951-ci ildə stadionun açılışında məhz bu iki komanda üz-üzə gəlib.