son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

"Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik"

Bölmə adı Milli / Manşet
Yayımlandı 2-10-2026, 11:21

Azərbaycan yığması UEFA Millətlər Liqasının D Liqası çərçivəsində Bakıda Lixtenşteynlə qarşılaşıb - 0:0.

Həmin qarşılaşmadan sonra yarımmüdafiəçi Ayxan Hüseynovun Sport1.az saytına müsahibəsini təqdim edirik:

- Bütün futbol ictimaiyyəti düşünürdü ki, bu oyunda komandamız qələbə qazanacaq. Niyə belə oldu?

- Futbol belədir: qol epizodlarını dəyərləndirə bilmirsənsə, sonra peşman olursan. İndi hamımız eyni duyğuları yaşayırıq. Çünki hər kəs ancaq qələbə haqqında düşünürdü. Təəssüf ki, yenə də çoxlu epizodlara daxil oluruq, amma onları qola çevirə bilmirik. Bunun səbəbini bilmirəm. Artıq neçənci oyundur ki, belə yaxşı şanslar yaranır, lakin fərqlənə bilmirik. Özümüz də anlaya bilmirik ki, niyə belə olur. İndi sadəcə növbəti matçı fikirləşməliyik. Daha istəkli olmalı və qələbə qazanmalıyıq.

- Rəqib oyundan sonra heç-heçəni bayram etdi. Bu, o deməkdir ki, onlar bizi güclü seçmə hesab edirdi. Rəqibin sevinci sizi qıcıqlandırmır?

- Əlbəttə, qıcıqlandırır. Onlar üçün heç-heçə qələbə kimidir, amma bizdə bu nəticə məğlubiyyətə bərabər tutulur. Meydana ancaq qələbə üçün çıxmışdıq. Alınmadı. Futbol belədir: qalib gəlmək istəyirsənsə, gərək qol vurasan. Ən əsası, bu gün bunu edə bilmədik. Qarşıdakı oyuna üç gün vaxt var. Maksimum hazırlaşıb bu matçı yaddan çıxarmalıyıq. Litva ilə oyuna köklənmək lazımdır.

- Bu nəticələrdən sonra oktyabrın 4-ü Bakıda Litva ilə matçda qələbə qazanacağımıza inanırsınız?

- İnanırıq, əlbəttə, inanırıq. Yenə də qeyd edirəm: epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik. Onları vursaydıq, bu gün hamımız sevinə-sevinə danışardıq. Təəssüf ki, edə bilmədik. İnşallah, Litva ilə görüşdə bunu həyata keçirməyə çalışacağıq.

- Azarkeşlər sözün əsl mənasında millidən küsüblər, bu gün də tribunada sayları çox az idi. Litva ilə oyunda stadionun dolacağına ümidiniz varmı?

- Onu dəqiq deyə bilmərəm, amma biz ölkəmizi sevindirmək istəyirik. Alınmadı, neçə oyundur alınmır. Lakin futbol elədir ki, keçmiş oyunları unudub, növbəti matça tam köklənmiş və pozitiv hazırlaşmalısan. Qələbə qazanmaq istəyirsənsə, diqqətinə ancaq irəliyə yönəltməlisən. Əlbəttə, ölkəmizi və azarkeşlərimizi düşünürük, onları sevindirmək istəyirik. Bu gün alınmadı, inşallah, üç gündən sonrakı oyunda onları sevindirməyə çalışacağıq.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR