son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

"1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır"

Bölmə adı Milli / Manşet
Yayımlandı 2-10-2026, 12:59

Azərbaycan yığması UEFA Millətlər Liqasının D Liqası çərçivəsində Bakıda Lixtenşteynlə qarşılaşıb - 0:0.

Həmin qarşılaşmadan sonra rəqib komandanın qapıçısı Benjamin Büxelin Sport1.az saytına müsahibəsini təqdim edirik:

- Azərbaycan komandası ilə dueldən 1 xalla ayrıldınız. Görüşü necə xarakterizə edərdiniz?

- Çətin oyun oldu. Düşünürəm ki, matça yaxşı başladıq. Bir neçə epizodda bəxtimiz gətirdi. Rəqib qollar vura bilərdi. Bilirik ki, 1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır. Lakin bizim də qol vurmaq üçün müəyyən imkanlarımız yarandı. Nəticə etibarilə, heç-heçəyə sevinirik.

- Qrupda əsas məqsədiniz və hədəfiniz nədir?

- Realist yanaşmaq lazımdır. Çox kiçik ölkə olduğumuzu və heyətimizdə o qədər də çox peşəkar oyunçunun olmadığını bilirik. Sadəcə, oyundan-oyuna inkişaf etməyə çalışırıq.

- Azərbaycan futbolu ilə maraqlanırsınız? Hansı klublarımızı tanıyırsınız?

- Düzünü desəm, hər həftə futbola baxmıram. İzlədiyim çempionatlar Almaniya Bundesliqası və bəzən İngiltərə Premyer Liqasıdır. Bu yarışlardan başqa digərlərini çox izləmirəm.

- Bəs, "Qarabağ" və "Sabah" klubları haqqında məlumatınız var?

- Əlbəttə, onları tanıyıram. Çox yaxşı çıxış edirlər. Onlar haqqında çox danışılır. Azərbaycanda olan stadionlar da əladır. Elə 1 xal qazandığımız arena da (red. - Tofiq Bəhramov adına Respublika Stadionu).

- Bakı şəhəri və azərbaycanlı azarkeşlər haqqında fikirləriniz necədir?

- Çox gözəl şəhərdir. Gəzmək fürsətimiz oldu. İçərişəhər sadəcə göz oxşayır. Ticarət mərkəzlərində alış-veriş etdik. Yerli təamlarla tanış olmaq üçün restorana getdik. Bakıda insanlar çox mehribandırlar.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR