Azərbaycan yığmasının UEFA Millətlər Liqası çərçivəsində qarşılaşacağı Litva seçməsi ilə matçının hakim təyinatları açıqlanıb.
Sport1.az xəbər verir ki, görüş Portuqaliyadan olan referilərə tapşırılıb.
Qustavo Korreyaya həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza kömək göstərəcək.
Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.
VAR-da Bruno Esteves, AVAR-da Ana Klaudiya Silva Ribeyro əyləşəcək.
Xatırladaq ki, Azərbaycan - Litva oyunu oktyabrın 4-ü, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.