son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

"Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" - AÇIQLAMA

Bölmə adı Milli / Manşet
Yayımlandı 2-10-2026, 10:59

Azərbaycan yığması UEFA Millətlər Liqasının D Liqası çərçivəsində Bakıda Lixtenşteynlə qarşılaşıb - 0:0.

Həmin qarşılaşmadan sonra hücumçu Mahir Emrelinin Sport1.az saytına müsahibəsini təqdim edirik:

- Azərbaycan millisi qarşılaşma ərzində niyə zəif təsir bağışladı?

- Yox, zəif təsir bağışladıq deyə bilmərəm. Əgər oyun baxımından danışırıqsa, matçın ilk dəqiqələrindən sonuna kimi dominantlıq etdik. Topa nəzarət edir və dayanmadan hücumlar qururduq. Qapıya neçə zərbə endirdiyimizi dəqiq bilmirəm. Onların dəqiq alınmamasını nəyə bağlayacağımı bilmirəm. Sonda nəticə yadda qalır. Nə qədər danışsam da, illər ötəcək və bu görüşdə qeydə alınan nəticə bizim səhvimiz kimi yadda qalacaq. Xalqımızdan üzr istəyirəm.

- Matç başa çatdıqdan sonra rəqib komandanın oyunçuları qələbə qazanıblarmış kimi sevindilər. Bu mənzərəni necə qarşılayırsınız?

- Əlbəttə, qəzəbləndirir. Onlar Bakıya heç-heçəyə belə razı və qane olub gəlmişdilər. Düzü, hazırda sizinlə danışarkən belə qaçırdığımız epizodlar gözümün önündən keçir. Mental olaraq hazırda komandanın yaxşı durumda olduğunu düşünmürəm. Qısa zamanda toparlanıb növbəti oyuna hazırlaşmalıyıq.

- Fasilədə baş məşqçi Ayxan Abbasov tərəfindən sizə hansı iradlar bildirildi, oyunun gedişatı ilə bağlı nələr tapşırıldı?

- İlk hissə sanki daha çox yerdən ötürmələrlə cərimə meydançasına daxil olmağa çalışırdıq. Ayxan müəllimin tələbi belə idi: topu daha çox cərimə meydançasına qaldıraq və zərbələr endirək. Çünki biz sanki "divar" pasları ilə rəqibin müdafiəsini yarmaq istəyirdik və bilirdik ki, rəqib tam heyətlə müdafiəyə çəkiləcək. Baş məşqçi tapşırdı ki, fürsət yaranan kimi zərbə endirin.

- Azarkeşlərin sayı yenə də az idi və bu matçdan sonra onların millidən bir az da uzaq düşmək ehtimalı böyükdür. Fanatlara nə demək istərdiniz?

- Başa düşüləndir. Dediyim kimi, balacadan böyüyə qədər hər kəsdən bu nəticəyə görə üzr istəyirik. Bunu biz etmişik. İstər futbolçular, istərsə də məşqçilər heyəti - bütün komanda bu barədə düşünür. Vəziyyəti düzəltmək də öz əlimizdədir. Üç gündən sonrakı oyunda mütləq qalib gəlməliyik ki, həm özümüzə inamı, həm də xalqımızın inamını bərpa edək və qrupdan çıxmaq şansımız qalsın.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR