son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

Bakıda keçirilən Dünya Kubokunda yeni rekord

Bölmə adı Digər
Yayımlandı 2-10-2026, 22:35

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Bakı Su İdmanı Sarayında təşkil olunan Dünya Kubokunun ikinci gününün final seansı tarixi anlarla yadda qalıb.

Sport1.az xəbər verir ki, növbəti yarış günündə 10 kateqoriya üzrə final yarışları keçirilib.

Günün əsas hadisəsinə Yeqor Kornev imza atıb. Rusiya təmsilçisi 100 metr məsafəyə sərbəst üsulla yarışda 44,84 saniyə göstərici ilə dünya rekordçusu Kayl Çalmersin nəticəsinə ortaq olub.

Kornev bununla yanaşı, 50 metr məsafəyə arxasıüstə üsulu ilə yarışda 22,23 saniyə göstərici ilə Dünya Kubokunun rekordunu yeniləyib.

Azərbaycan təmsilçilərindən Fatimə Alkərəmova həlledici mərhələdə çıxış edib. O, 400 metr məsafəyə qarışıq üsulla yarışda 7-ci olub.

İkinci günün final seansının nəticələri:

Kişilər

Arxasıüstə üsulla 50 metr - 1. Yeqor Kornev, 2. Pavel Samusenko, 3. Piter Kutsi

Qarışıq üsulla 200 metr - 1. Luk Barr 2. Alberto Rassetti 3. Finley Noks

Brass üsulu ilə 50 metr – 1. Hayyanq Çin 2. Maykl Huli 3. Kirill Priqoda

Sərbəst üsulla 100 metr – 1. Yeqor Kornev 2. Kemeron Makevoy 3. Vasili Kukuşkin

Kəpənək üsulu ilə 200 metr – 1. Cuner Çen 2. So Oqata 3. Alberto Rassetti

Qadınlar

Qarışıq üsulla 400 metr – 1. Yitinq Yu, 2. Ebi Vud, 3. Mohan Çanq

Sərbəst üsulla 200 metr – 1. Şivon Hohey 2. Anna Peplovski 3. Yaqi Fan

Arxası üstə üsulla 100 metr – 1. Marit Stenberxen 2. Teylor Rak 3. Anna Peplovski

Kəpənək üsulu ilə 50 metr – 1. Ros Vanotterdayk 2. Sara Yunevik 3. Arina Surkova

Brass üsuli ilə 100 metr – 1. Mona Makşeri, 2. Yevgeniya Çikunova, 3. Eymi Kenni

Qeyd edək ki, Dünya Kuboku oktyabrın 1-3-də 44 ölkədən 216 idmançının iştirakı ilə Bakı Su İdmanı Sarayında keçirilir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR