son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 2-10-2026, 12:24

Litva ilə 1:1-lik heç-heçədən sonra Ayxan Abbasov demişdi ki, qarşıda bizi çətin oyunlar gözləyir. Açığı, təəccüblənmiş, hətta əsəbiləşmişdim.

Kül mənim başıma! Ayxan müəllimin nə demək istədiyini başa düşməmişəm. Adam komandanın içindədir, hər şeyi bizdən yaxşı bilir. Demək istəyirmiş ki, Litva ilə 1:1 hesablı heç-heçəyə şükür edin. Ona görə millimizin baş məşqçisinin dost-tanışları komandamızın bir xal qazanmasına sevinir, toy-bayram edirmişlər.

Yəqin Ayxan müəllim onları başa salıb ki, yığmamızın üzvləri yalandan özlərini peşəkar adlandırırlar. Onlar futbol oynaya bilmirlər. Bəxtləri gətirib ki, Azərbaycanda doğulublar. Lixtenşteyndə yaşasaydılar, futbolçu olmaqla özlərini dolandıra bilməyəcək, bənna, malyar, elektrik və sair peşələrə üz tutacaqdılar.

Dünən də “cırtdan ölkə” ilə qarşılaşdıq. Onları da məğlub edə bilmədik. Rəqibin kapitanı Nikolas Hasler deyib ki, bizdə 2, Azərbaycan millisində isə 23 peşəkar futbolçu var.

Halaldır, vallah! Lixtenşteyndə doğulan kübar insandır. Deməyəcəkdi ki, bizdə 4-5 peşəkar futbolçu olsaydı, Azərbaycan millisinin meydanda məhv edərdik.

Dünən Ayxan Abbasov da diqqətçəkən açıqlaması ilə yadda qalıb. Deyib ki, futbolda başqa problemlər də var, vaxt hər şeyi göstərəcək. Çox sağ ol, Ayxan müəllim! Bu açıqlamaya görə sizə təşəkkür edirəm. Bəli, futbolumuzdakı tək problem millinin baş məşqçisi deyil.

Lazımsız “FIFA Series” turnirində çempionluğa uşaq kimi sevinən, “APL Fantasy”ni İnkişaf Strategiyasının əsas tərkib hissəsi adlandıran, islahat adı ilə federasiyaya dost-tanışlarını işə götürən, bunun üçün bir milyona yaxın təzminat ödəyən baş katibimiz var. 

Yadınıza gəlirsə, Cahangir Fərəcullayev indiki AFFA rəhbərliyinin ilk Hesabat Konfransında problemləri dilə gətirib, özünə xal qazanmışdı. İntellektual baş katibin bu fikri diqqətimi çəkmişdi: “Biz binanı təmir etmirik. Söküb, yenidən inşa edəcəyik!”

Sağ olsun, baş katib! Sözünün üstündə durub! Lixtenşteynlə oyunda göründü ki, Azərbaycan futbolunu söküb, dağıdıb! Amma yenidən inşa etmək əvəzinə talayaraq daha da xarabalığa çevirib!

Müəllif: İlkin Sultanlı
OXŞAR XƏBƏRLƏR