SON DƏQİQƏ
19 yaşadək futzalçılar arasında keçiriləcək AÇ-2027-nin əsas mərhələsinin püşkü atılıb.
Sport1.az xəbər verir ki, tədbirdə Azərbaycan millisinin rəqibləri də müəyyənləşib.
Yığma 7-ci qrupda Ukrayna, Xorvatiya və Yunanıstanla mübarizə aparacaq.
Bu qrupun oyunları gələn il martın 30-dan aprelin 4-dək Xorvatiyada keçiriləcək. Yalnız qrup qalibləri Qazaxıstanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.