son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Qazanmaq istəyərkən itirən Yusif İmanov – YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 1-12-2025, 12:12

Yusif İmanov 4 ay öncə qalmaqallı şəkildə "Sabah"dan ayrıldı. Komandanı tərk edən zaman açıqlamasında bunları qeyd etmişdi:

"Klub daxilində ona qarşı göstərilən subyektiv yanaşma və ayrı-seçkilik halları, həmçinin uyğun şəraitin yaradılmaması karyerasına, xüsusilə də millimizin gənc qapıçısı kimi inkişaf perspektivinə mənfi təsir göstərdi".

Qısa müddətdən sonra Yusif İmanov Kosovonun "Malişeva" klubuna keçid etdi. Yeni komandasında meydana çıxmayan qolkiper buradan ayrılaraq yenidən Premyer Liqaya — Gəncə təmsilçisi "Kəpəz"ə keçdi. "Sarı-göylər" qapıçı ilə mövsümün sonuna qədər müqavilə bağladılar.

Beynimdə düşünməyə vadar edən sual yaranır. Ay Yusif İmanov, "Sabah"dan ayrıldığın zaman özün açıqlama vermişdin ki, komandanın sənə qarşı göstərdiyi ayrı-seçkilik, yaradılmayan şərait millimizin gənc qapıçısı kimi inkişaf perspektivinə mənfi təsir göstərir. Həmin vaxt "İmişli" səni icarəyə götürmək istəyirdi. "Sabah" da bu keçidə razı idi. Buna razı olmayaraq, Premyer Liqada oynamaq istəmədin və Kosovo klubuna keçid etdin. Azərbaycan millisinin qapıçısına "Malişeva'da oynamağı yaraşdırmırdıq. Amma yerli oyunçusan deyə dəstək olduq. Sonra nə oldu? Oradan maliyyə şərtlərini bəhanə edərək ayrıldın. "Kəpəz"ə gəldin. Hansı ki, Gəncə təmsilçisi indi autsayderlər sırasında yer alıb. Komanda bilinmir ki, Premyer Liqada qalacaq, ya yox. Sənin də performansında gözlə görünən düşüş yaşanır. Həm "Karvan-Yevlax"la, həm də "Zirə" ilə oyunlarda kifayət qədər səhvlər etmisən. Durduğun yerdə əlindən top buraxmısan...

Belə başa düşürük ki, "Sabah"dan ayrılanda məqsədin inkişaf etmək, ən əsası da millidə öz mövqeyini qorumaq deyilmiş. Demək ki, burada problem Masazır təmsilçisində yox, səndə imiş. Ola bilər ki, "İmişli"yə gəlməyərək Kosovoya gedərək daha çox pul qazanmaq istədin. Taleyin ironiyasına bax ki, oradan maliyyə problemləri ucbatından ayrıldın. Qazanmaq istəyirdin, amma itirən oldun...

MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR