
“Liverpul”un müdafiəçisi Endryu Robertson karyerasını Türkiyədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə "Qalatasaray" yaxından maraqlanır.
İstanbul klubu mövsüm sonu mersisaydlılarla müqaviləsi bitən şotlandiyalı oyunçunu azad agent kimi heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Endryu 2017-ci ildən “Liverpul”un şərəfini qoruyur.