
“Monterrey”in müdafiəçisi Serxio Ramos Avropaya qayıda bilər.
Sport1.az xəbər verir ki, 39 yaşlı futbolçu ilin sonunda başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib.
O, Avropaya qayıtmaq istəyir.
İspaniyalı futbolçu ilə “Yuventus” da daxil olmaqla İtaliyanın bir neçə klubu bu yaxınlarda müdafiəçiyə müraciət edib.
Ramos daha əvvəl “Sevilya”, PSJ və “Real”da oynayıb.