
Niderlandda Erediviziyasının XIV turunda"Volendam" səfərdə PSV ilə üz-üzə gəlib.
Sport1.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozan Can Kökçünün çıxış etdiyi klub rəqibinə 0:3 hesabı ilə uduzub.
Kökçü meydana bütün qollar vurulduqdan sonra, 61-ci dəqiqədə daxil olub.
Qeyd edək ki, hazırda "Volendam" 14 xalla turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.