
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sport1.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gəlib.
Bakı İdman Sarayındakı qarşılaşma rəqibin qələbəsi ilə bitib – 95:90.
Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya uduzub – 49:87.