
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün 2029-cu ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Sport1.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gələcək. Bakı İdman Sarayındakı qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya uduzub – 49:87.