son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Noyer Kanın rekorduna doğru

Bölmə adı Almaniya
Yayımlandı 29-11-2025, 23:40

“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqada ən çox oyun keçirən qolkiperlər siyahısında ikinci pilləyə yüksəlib.

Sport1.az Opta-ya istinadən xəbər verir ki, Münhen təmsilçisinin “Sankt-Pauli” ilə Bundesliqanın 12-ci turundakı matçı təcrübəli “çərçivə qoruyucusu”nun Almaniya çempionatında 534-cü qarşılaşması olub. Bununla da o, vaxtilə “Borussiya” (Dortmund) və “Ştutqart”ın formasını geyinmiş Ayke İmmellə bərabərlik əldə edib.

Siyahının lideri isə 557 oyunla Oliver Kandır.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir. Bu müddətdə o, 12 dəfə Almaniya çempionu, 5 dəfə ölkə kubokunun, 8 dəfə isə Superkubokun qalibi olub. Təcrübəli qapıçı həmçinin Çempionlar Liqasını iki dəfə qazanıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR