son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Pyaniç 35 yaşında karyerasını başa vurdu

Bölmə adı Futbol
Yayımlandı 29-11-2025, 12:53


“Roma”, “Yuventus” və “Barselona”nın sabiq yarımmüdafiəçisi Miralem Pyaniç 35 yaşında karyerasını başa vurub.

Sport1.az xəbər verir ki, bosniyalı futbolçu artıq futbol agenti kimi fəaliyyətə başlamaq üçün təhsil alır. Onun bu barədə rəsmi açıqlaması olmasa da, mövcud məlumatlar bunu təsdiqləyir.

Pyaniçin son klubu Moskva təmsilçisi ÇSKA olub. O, 2024/2025 mövsümündə Rusiya komandasının heyətində çıxış etdikdən sonra müqaviləsinin başa çatması ilə azad agent statusu alıb.

Bir müddət əvvəl Pyaniçin “Yuventus”da müəyyən vəzifədə geri qayıda biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Bu iddialar onun Turin klubunun məşq bazasında görüntülənməsindən sonra ortaya çıxmışdı. Lakin insayder Alfredo Pedulla həmin səfərin heç bir funksional məna daşımadığını, futbolçunun sadəcə dostlarını ziyarət etdiyini bildirib.

Qeyd edək ki, Miralem Pyaniç klub karyerası və Bosniya və Herseqovina yığmasının heyətində ümumilikdə 780 rəsmi matça çıxıb: 665 oyun klubların, 115 görüş isə milli komandanın hesabınadır. Oyunçu karyerasının ən parlaq dövrünü A Seriyasında keçirib – “Roma”da beş, “Yuventus”da isə dörd mövsümdə forma geyinərək 350-dən çox matçda 52 qola imza atıb.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR