Lemina fərdi məşqlərə başlayıb

Bölmə adı Türkiyə
Yayımlandı 29-11-2025, 11:55

"Qalatasaray"ın yarımmüdafiəçisi Mario Lemina yaşıl meydanlara geri dönür.

Sport1.az xəbər verir ki, qabonlu futbolçu artıq fərdi məşqlərə başlayıb.

Onun 1 dekabrda baş tutacaq "Fənərbağça"ya qarşı İstanbul derbisində oynayacağı isə dəqiq deyil.

Qeyd edək ki, Lemina ötən həftə "Gençlerbirliği" ilə görüşdə zədələnmişdi.

Müəllif: Sport1.az