
Braziliya Betanosunun XXXVI turunda "Santos" "Sport"u 3:0 hesabı ilə məğlub etdi.
Sport1.az xəbər verir ki, Neymar öz komandasına zədəli vəziyyətdə kömək göstərdi.
Əməliyyata ehtiyacı olan və ən azı yanvara qədər reabilitasiya müddətindən keçməli olan 33 yaşlı futbolçu komandasını elitada saxlamaq üçün bunlardan imtina edərək oynamağa qərar verdi.
Braziliyalı oyunçu görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldı.
Qeyd edək ki, "Santos" 41 xalla liqanın 15-ci pilləsində yerləşir.