son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Azərbaycanlı idmançıdan sensasion qələbə – Həkimlər döyüşü DAYANDIRDI

Bölmə adı Döyüş
Yayımlandı 28-11-2025, 22:06

Azərbaycan boksçusu Sübhan Mamedov Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa Çempionatında finala yüksəlib.

Sport1.az xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan millinin lideri yarımfinalda Luis Runini (İrlandiya) məğlub edib.

İlk 2 raundda qalib gələn Mamedov analoji yarışın son çempionu ilə döyüşü vaxtından əvvəl xeyrinə bitirib. Rəqib güclü zərbədən zədələndiyi üçün həkimlər döyüşü saxlayıb və boksçumuz qalib elan edilib. O, sabah keçiriləcək finalda ukraynalı Maksim Rudiklə döyüşəcək.

Elbrus Rzayevin baş məşqçisi olduğu komandanın heyətində digər boksçularımızdan Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) isə Avropa Çempionatını bürünc medalla başa vurublar.

Müəllif: Zafar Hajili