
İran Futbol Federasiyası 2026-cı il Dünya Çempionatının püşkatmasında iştirak etməyəcək.
Sport1.az xəbər verir ki, buna səbəb ABŞ-nin İran nümayəndə heyətinin bir neçə üzvünə viza verməkdən imtina etməsi olub.
Federasiya rəsmisi məsələ ilə bağlı FIFA-ya etirazlarını çatdırdıqlarını bildirib. Qeyd olunub ki, ABŞ-nin qərarının idmanla əlaqəsi yoxdur və İran nümayəndələrinin tədbirdə iştirak etməyəcəyi rəsmən açıqlanıb.
Məlumata görə, yalnız dörd nəfərə, o cümlədən yığmanın baş məşqçisi Əmir Qalenoya viza verilib.
Qeyd edək ki, DÇ-2026-nın püşkatması 5 dekabrda Vaşinqtonda keçiriləcək. Turnirin final mərhələsi isə 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada baş tutacaq.