
UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda "Fənərbaxça" Macarıstanın "Ferencvaroş" klubu ilə heç-heçəyə razılaşıb - 1:1.
Sport1.az xəbər verir ki, matçdan sonra "Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko Super Liqanın 14-cü həftəsində baş tutacaq "Fənərbaxça" - "Qalatasaray" derbisi üçün bu sözləri deyib:
"Daha əvvəl derbi haqqında danışmamışam. Bu ilk olacaq. Ümid edirəm ki, siz sevinəcəksiniz. Derbi bizim üçün, komanda və azarkeşlər üçün çox vacibdir. Hər bir oyunçumuz 100 faiz hazır olacaq. Rəqiblərimizdən daha az istirahət edəcəyik, amma sizə söz verə bilərəm ki, biz həmin matça tam hazır olacağıq”.
Qeyd edək ki, İstanbul derbisi dekabrın 1-də baş tutacaq.