son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Mahmudovdan emosional paylaşım: “Bu, sadəcə futbol deyil”

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 27-11-2025, 19:20

Azərbaycanın tanınmış ürək-damar cərrahı və millət vəkili Rəşad Mahmudov “Napoli” – “Qarabağ” görüşündən sonra sosial şəbəkədə komandanın çıxışını yüksək qiymətləndirən status paylaşıb.

Sport1.az xəbər verir ki, deputat oyunda göstərilən mübarizənin nəticədən daha dəyərli olduğunu bildirib. O, paylaşımında yazıb:

“Dünənki “Napoli” – “Qarabağ” oyunu 2:0 hesabı ilə rəqibin xeyrinə başa çatmış olsa da, həmin oyunu canlı izləyən hər kəsin mənimlə eyni fikirdə olduğuna inanıram. “Qarabağ” bu gecə meydanda dünyaya Azərbaycan əzmini, Azərbaycan ruhunu yaşatdı. Necə ki, 44 günlük Vətən müharibəsində övladlarımız torpaq uğrunda əzm və qətiyyətlə döyüşdülər, dünən də “Qarabağ” FK sanki eyni ruhla, eyni iradə ilə dünyanın ən köklü klublarından birinin meydanında vuruşdu”.

Millət vəkili qapıçı Mateuş Koxalskinin çıxışını xüsusi dəyərləndirib:

“Məncə, gecənin ilk qəhrəmanı qapıçımız Koxalski oldu. Onun inanılmaz reaksiyaları, möhtəşəm qurtarışları hər bir azərbaycanlının qəlbinə qürur hissi yaşatdı”.

O, Kevin Medinanın zədə sonrası göstərdiyi iradəyə də diqqət çəkib:

“Medinanın aldığı ağır zərbədən sonra meydanı tərk etməmək üçün göstərdiyi davranış çox fərqli idi, hər birimizi kövrəltdi. Bu anlar göstərdi ki, “Qarabağ” komandasının gücü yalnız oyundan yox, ruhdan, birlikdən, inancla mübarizədən gəlir”.

Sonda Mahmudov “Qarabağ”ın Avropa nəhəngləri ilə mübarizəsini milli xarakterin göstəricisi kimi dəyərləndirib və komandanı alqışlayıb:

“Əziz Qurban Qurbanov və komandası, əziz qardaşlar! Nəticə nə olur-olsun, biz sizinlə qürur duyuruq! Uduzsanız da qalibsiniz, çünki bu xalqın ürəyini, ruhunu layiqincə təmsil edirsiniz. Var olun!”

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR