
UEFA Çempionlar Liqasında V tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Sport1.az xəbər verir ki, bu ada “Real”dan Kilian Mbappe, “Borussiya”dan Seru Girassi, PSJ-dən Vitinya və “Marsel”dən Pyer-Emerik Obameyanq namizəd olub.
Qalib UEFA tərəfindən təşkil olunmuş səsvermə ilə müəyyənləşəcək.