SON DƏQİQƏ
“Yuventus” və “Milan”ın sabiq ulduzu Andrea Pirlo cari mövsüm UEFA Çempionlar Liqasının favoritlərini açıqlayıb.
Sport1.az xəbər verir ki, italiyalı mütəxəssis sosial şəbəkələrdə yayımlanan qısa videoda üç komandanı önə çəkib:
“Çempionluq uğrunda əsas favoritlər “Liverpul”, “Barselona” və PSJ-dir”.
Qeyd edək ki, Çempionlar Liqasının finalı 2026-cı il mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Turnirin hazırkı qalibi PSJ-dir.