
Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Qarabağ" səfərdə "Napoli"yə məğlub olub - 2:0.
Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin oyunçusu Skott Maktominey "Sky Sport"a açıqlama verib:
“Oyunun ilk dəqiqələri çətin keçdi. Çoxlu səhv etdik, amma belə də olur. İkinci hissədə daha yaxşı oynadıq və daha çox qol vurmalı idik. Bu gün üç vacib xal qazandıq”.