son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

"Qarabağ" Neapolda tarix yaza biləcək? - MÜTƏXƏSSİS ŞƏRHİ

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 25-11-2025, 18:38

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Azərbaycan təmsilçisi "Qarabağ" səfərdə "Napoli" ilə qarşılaşacaq.

Görəsən, təmsilçimiz çətin Neapol səfərindən uğurlu nəticə ilə qayıda biləcək?

Sualımızı Fərid Namazova ünvanladıq. Futbol mütəxəssisi görüşlə bağlı gözləntilərini Sport1.az-a açıqladı:

"Çətin oyun olacaq. "Napoli" öz meydanında sürətli oynayır. Səfərdə tam fərqli, evdə isə tamam ayrı oyun göstərir. Nə qədər ağır matç keçəcəyini düşünsəm də, hər zamankı kimi təmsilçimizə ümidliyəm. Ağdam təmsilçisi bundan da çətin rəqiblərə qarşı çıxış edib və xal ala bilib. Ümid edirəm ki, "köhlən atlar" ən azı heç-heçə ilə qayıda bilər. Xal qazanmaq bizim üçün çox vacibdir. Maraqlı oyun keçəcək. Matçın bəlli vaxtlarında təzyiq qaldıra bilsək, düşünürəm ki, qənaətbəxş nəticə ala bilərik".

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR