
“Naxçıvan”dan ayrılan amerikalı basketbolçu Kris Klark karyerasını “Quba” klubunda davam etdirəcək.
Sport1.az xəbər verir ki, təcrübəli forvardla mövsümün sonuna qədər müqavilə imzalanıb. Klark karyerası ərzində Səudiyyə Ərəbistanının “Əl-Ənsər”, İngiltərənin “London Lions” və “MK Lions”, ABŞ-nin “Vestçester Niks”, Uruqvayın “Penyarol”, Avstraliyanın “Moldura Heat”, Lüksemburqun “Kontern” və “Avanti Mondorf”, Boliviyanın “Bolmar”, Almaniyanın “Giessen”, həmçinin Azərbaycanın “Şəki” və “Naxçıvan” klublarında forma geyinib.