
“Real Madrid” Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu ərəfəsində ciddi itki ilə üzləşib.
Sport1.az xəbər verir ki, klubun mətbuat xidməti qapıçı Tibo Kurtuada virus mənşəli mədə-bağırsaq infeksiyası aşkarlanmasını bildirib. Bu səbəbdən belçikalı qolkiper “Olimpiakos”la səfər oyununda iştirak etməyəcək.
Məlumatda əlavə edilib ki, futbolçunun vəziyyəti həkimlər tərəfindən nəzarətdə saxlanılacaq.
Qeyd edək ki, Madrid təmsilçisi Liqa mərhələsində keçirdiyi ilk dörd matçdan sonra 9 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.