son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

“Qarabağ”ın “Napoli” planı

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 25-11-2025, 17:34


Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda səfərdə “Napoli”nin qonağı olacaq.

Sport1.az Ağdam təmsilçisinin təxmini “11-liy”ini təqdim edir. “Köhlən atlar”ın meydanda ənənəvi 4-5-1 düzülüşü ilə çıxış edəcəyi gözlənilir. Qurban Qurbanov qapı xəttini Mateuş Koxalskiyə həvalə edəcək.

Müdafiənin sol cinahında Elvin Cəfərquliyev, mərkəzdə Bəhlul Mustafazadə – Kevin Medina cütlüyü, sağda isə Mateus Silva yer alacaq.

Yarımmüdafiədə dayaq rolunda Pedro Bikalyo çıxış edəcək. Oyun qurucusu funksiyası Marko Yankoviçə tapşırılacaq. Cinahlarda Abdulla Zubir (sol) və Leandro Andrade (sağ) oynayacaq. Zədəli Kadi Borqesin yoxluğunda mərkəzi hücumameylli yarımmüdafiəçi kimi Joni Montielin start götürməsi ehtimal olunur.

Hücum xəttində isə böyük ehtimalla Kamilo Duran yer alacaq.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR