
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən yeni təyinat alıb.
Sport1.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək “Srvena Zvezda” (Serbiya) – “Jilina” (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, matç noyabrın 26-da Belqradın “Rayko Mitiç” stadionunda baş tutacaq.