"Trabzonspor"da ciddi itki

Bölmə adı Türkiyə
Yayımlandı 25-11-2025, 11:12

“Trabzonspor” ciddi itki ilə üzləşib.

Sport1.az xəbər verir ki, yarımmüdafiəçi Edin Visça zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Super Liqanın XIII turunda “Başakşəhər”lə matçda (4:3) ciddi xəsarət alan Visça əməliyyat olunacaq. Onun azı 5 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

35 yaşlı futbolçu bu mövsüm Super Liqada 9 oyuna çıxıb.

Müəllif: Sport1.az