son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

"Azarkeşlər üçün cəsarətli oyun göstərməliyik" – Qurban Qurbanov

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 24-11-2025, 23:12


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Napoli” ilə qarşılaşmadan öncə keçirilən mətbuat konfransında danışıb.

Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis oyuna hazırlıq prosesini və rəqibin gücünü dəyərləndirib.

“Çox gözəl bir şəhərdəyik. Bizi çox böyük tarixə malik klubla oyun gözləyir. Böyük bir məşqçinin komandası ilə qarşılaşacağıq. Vacib bir oyundur. Bilirik ki, “Napoli” turnir cədvəlindəki yerini daha da yaxşılaşdırmaq istəyəcək. Ona görə çox ciddi hazırlaşırlar. Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm. Onu yaxından tanıyıram. Pis hazırlaşmamışıq. Çox istərdik ki, sonadək öz oyun nizam-intizamını qoruyub saxlayaq və yaxşı dinamik futbol oynayaq. Klubda uzun illər gördüyümüz işlər, missiyamız ildən-ilə irəli getməkdir. Bu turnirdə bacardığımız qədər iştirak etmək istəyirik. Bu mərhələyə düşmüşüksə, oyunumuzdan, cəsarətimizdən, mübarizəmizdən zövq almaq istəyirik. Oyunlara belə məsuliyyətlə yanaşırıqsa, nəticə də əldə etmək olar. Bugünkü nəticələrə baxdıqca həm sevinirik, həm özümüzə inam artır. Sabah meydanda çox diqqətli, əzmkar olmalıyıq. Azarkeşlər üçün cəsarətli oyun göstərməliyik”.

Xatırladaq ki, Neapolda keçiriləcək “Napoli” – “Qarabağ” qarşılaşması noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 26 noyabr saat 00:00-da) başlayacaq.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR