
Rusiyalı mütəxəssis Sergey Yuran Türkiyədə futbola münasibətin digər ölkələrlə müqayisə olunmayacaq dərəcədə yüksək olduğunu bildirib.
Sport1.az xəbər verir ki, məşqçi türklərin futbola sevgisini belə təsvir edib:
“Türkiyədə futbol tamam başqa bir dünyadır. Orada futbol bir növ dindir. İnsanlar bu oyuna inanılmaz dərəcədə bağlıdırlar. Birinci liqa belə çox güclüdür, 9–10 komanda Superliqaya yüksəlməyi hədəfləyir və səviyyə baxımından Rusiya Premyer Liqasının aşağı sıralarındakı klublardan geri qalmır”.
Qeyd edək ki, Sergey Yuran 2025-ci ilin iyul–oktyabr aylarında Türkiyənin “Serikspor” klubuna rəhbərlik edib.