son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Qvardiola: “Sabahkı oyun bizim üçün həlledici məqam ola bilər”

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 24-11-2025, 17:52


“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda “Bayer”lə keçiriləcək matç öncəsi danışıb.

Sport1.az xəbər verir ki, ispaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında qarşılaşmanın böyük əhəmiyyət daşıdığını bildirib:

“Liqa mərhələsinin önəmi çox böyükdür. İlk dörd qarşılaşmada fantastik performans göstərdik, hətta səfərdə “Monako”ya qarşı da çox yaxşı oynadıq. İndi son dörd matçımız qalıb: ikisi evdə, ikisi səfərdə. Sabah Bundesliqada üçüncü yerdə olan rəqibə qarşı oynayacağıq. Bu, son dərəcə vacib oyundur”.

Qvardiola komandanın liqa mərhələsində mövqeyini möhkəmləndirmək üçün lazım olan nəticələrdən də söz açıb:

“Sabah qələbə qazanmaq və əlavə bir xal toplamaq bizi liqa mərhələsinin yekununda ilk səkkizlikdə möhkəmləndirəcək. Sabah çox önəmlidir və nələr etməli olduğumuzu bilirik”.

Qeyd edək ki, “Mançester Siti” liqa mərhələsinin ilk dörd oyunundan sonra 10 xalla 4-cü pillədə qərarlaşır. “Bayer” isə 5 xalla aşağı sıralardadır.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR