son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

İranda futbolçunun spirtli içki videosu qalmaqal yaratdı

Bölmə adı Futbol
Yayımlandı 24-11-2025, 13:13

İranın “Esteqlal” klubunun müdafiəçisi Armin Sohrabian sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı müvəqqəti olaraq komandadan kənarlaşdırılıb.

Sport1.az xəbər verir ki, thenewregion.com-un Fars agentliyinə istinadən yaydığı məlumata görə, videoda futbolçunun əlində içki dolu stəkanın görünməsi ölkədə ciddi narazılıq yaradıb. İranda alkoqol qadağan olunduğu üçün məsələ dərhal diqqətə götürülüb və klub tərəfindən intizam komitəsinə təqdim edilib. Araşdırma başa çatana qədər Sohrabian məşqlərdən uzaqlaşdırılıb.

30 yaşlı müdafiəçi şəxsi sosial media hesabında üzrxahlıq edərək bildirib ki, sözügedən görüntü bir neçə il əvvəl çəkilib və sonradan onun əleyhdarları tərəfindən yayımlanıb.

Qeyd edək ki, Sohrabian bu ilin yanvarında “Esteqlal”a qoşulub. O, daha əvvəl 2017–2019-cu illərdə və 2023/24 mövsümündə də klubun heyətində çıxış edib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR