
Misli Premyer Liqasının XII turunda "Qarabağ" səfərdə "Sumqayıt"la qarşılaşıb.
Qarşılaşmanın sonunda sevinən tərəf qonaqlar oldu - 4:2.
Matçdan sonra "köhlən atlar"ın vingeri Emmanuel Addai görüş haqda fikirlərini Sport1.az-a söylədi:
“Hər iki komanda çox yaxşı oynadı və məncə, oyun maraqlı keçdi. Komandamın qalib gəlməsinə şadam, çünki turnir cədvəlində daha rahat olmaq üçün bu xallara çox ehtiyacımız var idi. Ümumilikdə, oyun çox yaxşı oldu.”
24 yaşlı futbolçu qalmaqala səbəb olan epizodla bağlı fikrini səsləndirib:
“Xeyr, məncə bu qırmızı yox idi, çünki qarşımda bir nəfər var idi. Mən ona toxunduqda bu, tək olmadığım deməkdir. O da tək deyildi. Onun önündə başqa bir oyunçu var idi. Ona görə də qırmızı düzgün qərar deyildi.”
Qanalı oyunçu bu qələbənin Neapol səfərindən öncə böyük stimul olduğunu bildirdi:
“Bu gün oyunu qazandığımız üçün xoşbəxtəm. Belə qələbələr bizi növbəti oyun, xüsusilə "Napoli" ilə qarşılaşmaya motivasiya edir. Oyun əla keçdi və qalib gəldiyimiz üçün çox sevinirəm. Təşəkkür edirəm.”
MİKAYIL HACIYEV