
"Real"ın prezidentliyə namizədi Enrike Rikelme Joze Mourinyonun mümkün baş məşqçi təyinatına qarşı çıxıb.
Sport1.az abc.es-ə istinadən xəbər verir ki, o, Madrid təmsiçisinin uzunmüddətli inkişaf layihəsinə ehtiyacı olduğunu bildirib.
E.Rikelme Mourinyonu dəvət etmək variantını klubun hazırkı inkişaf mərhələsi üçün uyğun hesab etmədiyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl "Real"ın Joze Mourinyo ilə razılaşdığına dair xəbərlər yayılmışdı. Lakin mütəxəssisin təyinatının 7 iyunda keçiriləcək prezident seçkilərinədək təxirə salındığı yazılırdı.