“Torino” türkiyəli futbolçu ilə bağlı qərarını verdi

Bölmə adı İtaliya
Yayımlandı 26-05-2026, 22:14

"Torino" müqaviləsi başa çatan Emirhan İlkhanla bağlı qərar verib.


Sport1.az xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli futbolçunu komandada saxlayıb. 


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


21 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.


Qeyd edək ki, Emirhan İlkhan 2022-ci ilin yayından "Torino"da çıxış edir. Gənc oyunçu başa çatan mövsümdə komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR