
“Turan Tovuz” futbolçusu Hayderson Hurtado ilə müqaviləni uzadıb.
Sport1.az xəbər verir ki, bu barədə kolumbiyalı müdafiəçi sosial şəbəkə hesabında paylaşım edib. Hurtadonun anlaşması 2029-cu ilin yayına kimi artırılıb.
30 yaşlı futbolçu 2025-ci ildən “Turan Tovuz”da çıxış edir. O, başa çatan mövsümdə Premyer Liqada 32 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.